Dünya

“Amazon” koronavirus səbəbindən 100 min yeni vakansiya açdı

24 Mart 2020 16:42
0 Şərh     Baxış: 1 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən böyük internet-riteyleri olan ABŞ-ın "Amazon.com Inc." kompaniyası koronavirus səbəbindən sifarişlərin artması ilə əlaqədar 100 min yeni vakansiya açıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə şirkətin internet bloqunda məlumat verilib. Vakansiyalara müraciət üçün təcrübə tələb olunmayacağı qeyd olunub. Bundan əlavə, aprel ayının sonuna qədər "Amazon" şirkəti anbarlarda, nəqliyyatda və sifarişlərin çatdırılmasında çalışan işçilərin saatlıq məvaciblərini artıracağını bildirib. 

Xatırladaq ki, bundan əvvəl "Amazon" şirkəti koronavirusun yayılması səbəbindən onlayn sifarişlərin artdığını bildirmiş və alıcılara çatdırılmada gecikmələrin olacağı və bəzi malların olmaması barədə xəbərdarlıq etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.