Dünya

Ermənistanda koronavirusa yoluxanların sayı 160-a yüksəlib

21 Mart 2020 11:53
0 Şərh     Baxış: 1 496
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistanda koronavirus infeksiyasına yoluxanların sayı 160 nəfərə çatıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Sputnik" Ermənistanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Milli Mərkəzinə istinadən xəbər yayıb.

Yoluxanlardan bir nəfər sağalıb, 11 nəfərdə sətəlcəm inkişaf edib ki, bunlardan üçünün reanimasion tədbirlərə ehtiyacı var.

Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, qalan yoluxanlar özlərini normal hiss edir.

Ümumilikdə, 600-ə yaxın vətəndaş məcburi karantinə yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.