Cənubi Koreyada yeni növ koronavirusa (COVİD-19) daha 147 nəfər yoluxub.
Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 8799 nəfərə çatıb, onlardan 102 nəfəri ölüb, 2612 nəfər isə sağalıb.
Məlumata əsasən, ən çox yoluxma halları Tequ (6344) şəhərində və Kyonsan-Pukto (1243) əyalətində qeydə alınıb. Ölkənin paytaxtı Seulda 314 nəfər koronavirusa yoluxub.
Milli.Az