Dünya

Türkiyə koronavirusa görə turizm mövsümünü təxirə saldı

12 Mart 2020 19:54
0 Şərh     Baxış: 1 261
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə hökuməti koronavirusun yayılması səbəbiylə ölkənin otelləri və turizm şirkətlərinə turizm mövsümünün başlanğıcını martdan aprelin sonlarına təxirə salmağı təklif edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy turoperatorlara ölkəyə səfərlərin təşkilinə 15 apreldən sonra başlamağı tövsiyə edib.

Həmçinin, Ticarət naziri Ruhsar Pekcan, Türkiyədə keçirilən bütün beynəlxalq sərgilərin aprelin sonuna təxirə salınacağına söz verib.

Xatırladaq ki, martın 11-də Türkiyədə "COVID-2019" xəstəliyinə ilk yoluxma faktı aşkarlanıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.