Dünya

OPEC 2020-ci ildə Azərbaycan neft hasilatı ilə bağlı proqnozları açıqlayıb

11 Mart 2020 18:21
0 Şərh     Baxış: 2 362
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ildə Azərbaycanda neft hasilatı sutkada 0,01 milyon barel azalaraq 0,77 milyon barel/sutka təşkil edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə OPEC-in neft bazarı haqqında mart hesabatında deyilir.

Fevral hesabatında Azərbaycanda neft hasilatının 0,01 milyon barel artacağı proqnozlaşdırılırdı.

OPEC-in məlumatlarına əsasən, yanvar ayında ölkədə 0,79 milyon barel/sutka maye karbohidrogen hasil olunub ki, bu da 2019-cu ilin dekabrı ilə müqayisədə dəyişməz qalıb.

Hesabat dövründə 665 min barel/sutka neft hasil olunub. Bu göstərici 2019-cu ilin dekabrı ilə müqayisədə 2 min barel/sutka azdır.

2019-cu ildə Azərbaycanda neft hasilatı 0,002 milyon barel/sutka azalıb və 0,79 milyon barel/sutka təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.