Dünya

"Forbes" milyarderlərin ötən gün nə qədər sərvət itirdiyini açıqladı

10 Mart 2020 20:39
0 Şərh     Baxış: 664
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir sıra ekspertlərin "qara bazar ertəsi" adlandırdığı martın 9-da "Forbes" jurnalının ilk onluğuna daxil olan milyarderlər ümumilikdə 38 milyard dollar varidat itirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, dünya birjalarında qeydə alınan kəskin enişlə əlaqədar olub.

Ən çox pul itirən milyarder LVMH şirkətlər qrupunun prezidenti Bernar Arno olub. Gün ərzində onun 6 milyard dolları "yoxa çıxıb".

"Amazonun" təsisçisi Ceff Bezos 5,6 milyard dollar, "Berkshire Hathaway" investisiya şirkətinin rəhbəri Uorren Baffet 5,4 milyard dollar sərvət itirib.

Meksikalı biznesmen Karlos Slimin itkiləri 5 milyard dollar, "Facebook"un təsisçisi Mark Tsukerberqin itkiləri isə 4,2 milyard dollara bərabər olub.

Bundan başqa, "Zara" brendinin sahibi Amansio Orteqa 2,8 milyard, "Microsoft"un təsisçisi Bill Geyts 3,8 milyard dollar, "Google"un həmtəsisçisi Larri Peyc 3,3 milyard dollar, "Oracle" şirkətinin təsisçisi Larri Ellison 1,8 milyard məbləğində "kasıblayıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.