"Türkiyə koronavirus təhlükəsi ilə əlaqədar İtaliyadakı vətəndaşlarını təxliyə edəcək".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, İtaliyadan qayıtmaq istəyən vətəndaşlar qısa zaman ərzində Türkiyəyə çatdırılacaq.
O əlavə edib ki, bu günədək Türkiyədə koronavirusa yoluxma faktı qeydə alınmayıb.
Milli.Az