Dünyanın ən məşhur musiqi və incəsənət festivalı "Koaçella" (Coachella) planlaşdırılan vaxtda baş tutmayacaq.
Milli.Az Day.Az-a istinadən bildirir ki, mənbə festivalın təxirə salınmasının əksər ölkələrdə yayılmış koronavirusla əlaqədar olduğunu bildirib.
Daha öncə tədbirin təxirə salınacağı barədə, hər il "Koaçella"nın keçirildiyi Kaliforniyada ilk koronavirusa yoluxma faktı təsdiq edildikdə bildirilmişdi. Məlumata görə, festivalın apreldə deyil, oktyabrda keçirilməsi mümkündür.
"Koaçella" təşkilatçıları isə tədbirin vaxtının dəyişdirilməsi barədə rəsmi olaraq hələ heç bir məlumat verməyiblər.
Milli.Az