Dünya

Geyiminə görə restorandan qovuldu - FOTO

9 Mart 2020 10:30
1 Şərh     Baxış: 3 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin Somerset şəhərində bir restoranda baş verənlər geniş müzakirələrə səbəb olub.

Milli.Az baku.ws-ə istinadla xəbər verir ki, Hannabella Parker adlı qadın Bristol bölgəsində yeni açılan restorana üz tutub. Göbəyi açıq kofta və idman geyimi ilə restorana daxil olan qadın "Restorana uyğun geyim deyil" deyilərək məkandan qovulub. 

"Daily Star" qəzetinin nər etdiyi xəbərə görə, Hannabelle adlı xanım bütün etirazlarına baxmayaraq restorandan çıxarılıb. 
Hamının ona baxdığını söyləyən gənc qadın restoranda məsul şəxs tərəfindən kənara çəkildiyini və çox utandığını bildirib. 

Hannabella adlı xanımın bu başına gələni sosial şəbəkədə yazması böyük müzakirələrə səbəb olub. Bəziləri xanımı müdafiə etsə də ona haqq verməyənlər də olub.

İngiltərədə gündəm olan hadisə bir çox məşhur sima tərəfindən də qınanılıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.