Dünya

Fransada kütləvi tədbirlər qadağan edilib

9 Mart 2020 08:31
0 Şərh     Baxış: 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada iştirakçıların sayı min nəfərdən çox olan bütün tədbirlər koronavirusun yayılması ilə əlaqədar qadağan olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran deyib.

Daha əvvəl Fransa hökuməti qapalı meydançalarda 5 mindən çox iştirakçısı olan tədbirlərin keçirilməsini qadağan edib. Xəstəliyin yayılması səbəbiylə Paris Marafonu, beynəlxalq sərgi və sair tədbirlər ləğv edilib və ya təxirə salınıblar.

Son məlumatlara görə, Fransada koronavirusa 1126 nəfər yoluxub, 19 nəfər dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.