Dünya

Meksikada naməlum şəxslər prokurorluğa hücum ediblər

7 Mart 2020 08:33
0 Şərh     Baxış: 759
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meksikanın qərbindəki Xalisko ştatının Tlakepake şəhərində naməlum şəxslər regional prokurorlara atəş açıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, hücum nəticəsində iki nəfər ölüb. Ölənlərin şəxsiyyəti barədə məlumat verilməyib.

Hadisə yerinə bələdiyyə və federal hüquq mühafizə orqanlarının əməkdaşları, həmçinin bir helikopter cəlb edilib.

Prokurorluq rəhbərliyi əhaliyə hücumun baş verdiyi ərazidən kənar olmaq çağırışı ilə müraciət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.