Dünya

ABŞ Kabildəki "İŞİD" hücumunu qınadı

7 Mart 2020 08:23
0 Şərh     Baxış: 675
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Kabildə 32 nəfərin həyatına son qoymuş "İŞİD" terror təşkilatının hücumunu qınayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bəyanat verib.

"ABŞ Kabildə törədilmiş terror aktını qəti şəkildə pisləyir. Əfqan xalqı terrorsuz gələcəyə layiqdir. Hazırkı sülh prosesi əfqanlar üçün "İŞİD" təhlükəsinə qarşı birləşmiş cəbhə yaratmaqda müstəsna imkandır", - deyə Pompeo bildirib.

Xatırladaq ki, naməlum şəxslər Əfqanıstan Baş Nazirinin qatıldığı tədbirə martın 7-də hücum edib. Hücum nəticəsində 32 nəfər həlak olub, daha 81 nəfər xəsarət alıb.

Əfqanıstan DİN nümayəndəsi hücum edənlərdən ikisinin öldürüldüyünü bəyan edib. Daha sonra "İŞİD" məsuliyyəti üzərinə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.