Dünya

Bu heyvanlar aclıqdan BALALARINI YEYİR - FOTO

6 Mart 2020 23:55
0 Şərh     Baxış: 2 266
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qlobal istiləşmədən bütün dünya canlıları əziyyət çəkir. Görünüşləri ilə hər zaman sevilən qütb ayıları aclıqdan artıq bir-birlərini yeməyə başlayıblar.

Milli.Az xəbər verir ki, qütb tədqiqatçılarının əldə etdiyi yeni görüntülər ayıların çox çətin vəziyyətdə olduğunu sübut edir. Qütb ayıları ən çox su iti ovlayaraq bəslənirlər. Lakin qida çatışmayanda başqa canlıları və hətta öz növlərini ovlayırlar. Qlobal istiləşmə nəticəsində buzlar əriyir, okean suları yüksəlir, bəzi quru ərazilər və adalar su altında qalır, sel fəlakətləri artaraq bir çox heyvan növünü yox etmə təhlükəsi daşıyır. Son zamanlarda qütb ayıları ov tapa bilməyib ac qaldıqları üçün zəifləyib ölürlər. Ən dəhşətlisi isə ac ayıların bir-birlərini ovlayıb yemələridir. Bəziləri öz növünün zəif nümayəndəsini ovlayarkən, bəzi ayılar da əlacsızlıqdan hətta öz balalarını yeyirlər.

Belə ki, qida tapmadığı üçün şəhərlərə axın edən ayıların da sayında çoxalma müşahidə olunub. (ölkə.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.