Ekvador Hərbi-Dəniz Qüvvələrinin gəmisi koronavirus təhlükəsi ilə əlaqədar karantinə alınıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna səbəb kimi gəmidəki dənizçilərdən birinin koronavirusa yoluxmuş şəxslə ünsiyyətdə olması göstərilib.
Hərbi gəmi Quayakil şəhəri yaxınlığındakı hərbi-dəniz bazasında karantinə alınıb. Gəmidə 50 heyət üzvü var.
Qeyd edək ki, bu günədək Ekvadorda 13 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.
Milli.Az