Ekvadorda hərbi gəmi karantinə alındı

6 Mart 2020 12:39

Ekvador Hərbi-Dəniz Qüvvələrinin gəmisi koronavirus təhlükəsi ilə əlaqədar karantinə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna səbəb kimi gəmidəki dənizçilərdən birinin koronavirusa yoluxmuş şəxslə ünsiyyətdə olması göstərilib.

Hərbi gəmi Quayakil şəhəri yaxınlığındakı hərbi-dəniz bazasında karantinə alınıb. Gəmidə 50 heyət üzvü var.

Qeyd edək ki, bu günədək Ekvadorda 13 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

Milli.Az