Dünya

Ukraynaya yeni Baş Nazir təyin edildi

4 Mart 2020 21:14
0 Şərh     Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Ali Radası Denis Şmıqalı Baş Nazir vəzifəsinə seçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, deputatlardan 291-i onun Baş Nazir vəzifəsinə namizədliyinin lehinə səs verib.

D.Şmıqal bundan əvvəl Baş Nazirin müavini vəzifəsində çalışıb.

Ali Rada daha sonra hökumətin yeni tərkibini seçəcək.

Xatırladaq ki, bundan öncə Ukrayna Ali Radası Aleksey Qonçaruku Baş Naziri vəzifəsindən azad etmişdi.

Deputatlardan 353-ü növbədənkənar sessiyada A.Qonçarukun vəzifəsindən azad edilməsinin lehinə səs vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.