Dünya

Ana və qızı təyyarədə pilota hücum etdi - FOTO

4 Mart 2020 18:39
0 Şərh     Baxış: 934
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

53 yaşlı Meri Roberts və qızı 23 yaşlı Henrietta Mitayare təyyarədə pilota hücum edərək, onu döyüblər. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, buna səbəb heyət üzvlərinin uşaq arabasını təyyarəyə mindirməkdən imtina etmələri olub.

Hadisə "Swiss Air" aviaşirkətinin Sürix-London reysi ilə uçan təyyarəsində qeydə alınıb. 

Bildirilir ki, Roberts stüardessalardan uşaq arabasını təyyarəyə aparmağa icazə istəyib. Heyət üzvləri arabanı təyyarənin yük yerinə göndərib.

Sərnişinlə stüardessalar arasında mübahisə başlayıb. Bu vaxt pilot kabinədən çıxaraq, onlardan sakitləşmələrini istəyib. Lakin ana və qız əsəbiləşərək ona hücum ediblər.

Mübahisə məhkəməyə müraciət edilməsi ilə nəticələnib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.