Dünya

Koreyada kimya zavodunda PARTLAYIŞ: 36 yaralı

4 Mart 2020 13:36
0 Şərh     Baxış: 824
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Koreyanın Sosan şəhərində güclü partlayış baş verib.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, partlayış "Lotte Chemical" şirkətinə məxsus kimya zavodunda qeydə alınıb.

Partlayış yanğınla müşayiət olunub, insident nəticəsində azı 36 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanalara yerləşdirilib, 2 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Ölənlərin olması barədə məlumat yoxdur.

Yanğının zavodda neft ötürülməsi aparılan hissədə baş verdiyi bildirilir. 2 saatdan sonra yanğının qarşısını almaq mümkün olub. Kimyəvi sızma təhlükəsi olmadığı qeyd edilir.

Hazırda zavodun böyük bir hissəsi işi dayandırıb, insident baş verən ərazidə şirkət nümayəndələri və müvafiq qurumların əməkdaşları var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.