Cənubi Koreya koronavirusla mübarizəyə əlavə olaraq 10 milyon dollara yaxın vəsait ayıracaq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyi bildirib.
Qeyd olunub ki, vəsaitlərin əsas hissəsi Könsan-Pukto əyalətinə və Tequ şəhərinə yönəldiləcək.
Vəsaitlər xəstəliklə mübarizəyə, eləcə də virusdan zərər çəkmiş müəssisələrə xərclənəcək.
Bu, Cənubi Koreya tarixində infeksiya xəstəliyi ilə mübarizəyə ayrılmış ən böyük vəsait olub.
Milli.Az