Türkiyənin Suriyanın şimalında İdlib vilayətindəki "Bahar qalxanı" əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu şəhid olub, 9 hərbçisi isə yaralanıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar açıqlama verib.
Nazir deyib ki, Suriya hakimiyyətinin hücumuna cavab olaraq rejimin 82 mövqeyi TSK tərəfindən atəşə tutulub
Milli.Az