Türkiyə ordusu Suriyada daha bir şəhid verib, 9 əsgər də yaralanıb

3 Mart 2020 23:31

Türkiyənin Suriyanın şimalında İdlib vilayətindəki "Bahar qalxanı" əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu şəhid olub, 9 hərbçisi isə yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar açıqlama verib.

Nazir deyib ki, Suriya hakimiyyətinin hücumuna cavab olaraq rejimin 82 mövqeyi TSK tərəfindən atəşə tutulub

Milli.Az