Ötən il Rusiyada 40-dan çox terrorçu lider, 241 sıravi yaraqlı və onların 606 tərəfdarı tutulub.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu Rusiya Milli Antiterror Komitəsi Aparatı rəhbərinin birinci müavini İqor Kulyaqin deyib.
Onun sözlərinə görə, antiterror əməliyyatları və operativ-döyüş əməliyyatları zamanı terror qruplaşmalarının 9 lideri daxil olmaqla 32 nəfər zərərsizləşdirilib. Həmin qruplaşmaların 41 lideri, 241 yaraqlı və 606 tərəfdarı tutulub.
Milli.Az