Dünya

Moskva ətrafında 130-dan çox sakin karantinə alındı

3 Mart 2020 17:12
0 Şərh     Baxış: 1 376
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Moskva ətrafında Çindən səfərdən qayıtmış 130-dan çox sakin ev şəraitində 14 günlük karantinə alınıb.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, bunu Moskva vilayəti Səhiyyə Nazirliyinin rəsmisi Svetlana Striqunkova deyib.

Onun sözlərinə görə, fevralın 1-i üzrə regionda 653 nəfər koronavirus səbəbindən nəzarət altına alınmışdısa, bu gün onların sayı 136 nəfərdir.

S.Striqunkova əlavə edib ki, eyni zamanda, ölkəyə səfərə gələn soyuqdəymə simptomları olan şəxslərin təcrid olunması üzrə də tədbirlər davam etdirilir. Belə ki, ölkəyə daxil olan şəxslərdə hərarət, güclü öskürək olduğu halda onlar tibb müəssisələrinin infeksiya şöbələrinə yerləşdirilirlər.

Qeyd edək ki, son məlumata görə, Rusiyada 6 koronavirusa yoluxma faktı təsdiq edilib.

2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 60-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 80 mini keçib, 2 mindən çox nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.