Dünya

Macarıstan XİN Türkiyənin mövqeyini başa düşdüyünü bildirib

2 Mart 2020 22:44
1 Şərh     Baxış: 1 807
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə dörd milyondan çox qaçqın var. Onları təmin etmək Türkiyə hökuməti üçün getdikcə daha da çətinləşir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, canıyananlıqla deyilən bu sözləri bu gün Macarıstanın Xarici İşlər və Ticarət naziri Piter Siyyarto söyləyib.

Nazir deyib: "Hazırda Türkiyənin iki variantı var: ya miqrantların Suriyaya qaytarılması üçün şərait yaradılmalı, ya da Avropaya qapı açılmalıdır".

Siyyartonun sözlərinə görə, ikinci halda bir neçə gün ərzində Qərbi Balkan ölkələrinə yüz minlərlə qeyri-leqal miqrant doluşacaq. Nazir bildirib ki, Aİ-yə yollananlar Şengen zonasının ilk fiziki maneəsi kimi Macarıstanın sərhəd divarı ilə üzləşəcəklər. "Buna yol vermək olmaz", - deyə nazir xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.