Dünya

ABŞ-da ikinci şəxs koronavirusdan öldü

2 Mart 2020 11:19
0 Şərh     Baxış: 2 081
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da COVID-19 virusundan ikinci ölüm faktı qeydə alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölüm hadisəsi Vaşinqtonun Kirkland şəhərində baş verib.

Məlumata görə, Kirklandda "Evergreen Health" xəstəxanasına yerləşdirilən 70 yaşlı kişi fevralın 29-da vəfat edib.

Bu məqamda bildirək ki, ABŞ-da sözügedən virusdan birinci ölüm faktı da Vaşinqtonda qeydə alınmışdı. Ölən şəxs təxminən 60 yaşlı qadın olub.

Bundan əlavə, Nyu-Yorkda da koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb. Eyniadlı əyalətin qubernatoru Endryu Kyomonun sözlərinə görə, qadının təxminən 30 yaşı var və hazırda ev karantinindədir.

"Çox narahat olmaq üçün bir səbəb yoxdur. Nyu- Yorkda ümumi risk aşağı olaraq qalır", - Kyomo bildirib.

Qeyd edək ki, hazırda ABŞ-da 74 nəfər virusa yoluxub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory