Dünya

Ukrayna vətəndaşları üçün Rusiyaya gediş qaydalarını sərtləşdirdi

1 Mart 2020 10:17
0 Şərh     Baxış: 1 210
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gündən Ukrayna vətəndaşları Rusiyaya yalnız pasportla gedə biləcək.

Milli.Az bildirir ki, APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Moskva və Kiyev arasında vizasız gediş-gəlişlə bağlı imzalanmış sazişə əsasən, indiyə qədər Ukrayna vətəndaşları Rusiya sərhədini şəxsiyyət vəsiqəsi ilə keçə bilib.

Ukrayna hökuməti 18 dekabr 2019-cu ildə Rusiyaya səfərlə bağlı qaydaları dəyişib və yeni qaydalar martın 1-dən qüvvəyə minib. Bununla belə, indiyə qədər Rusiya sərhədini şəxsiyyət vəsiqəsi ilə keçmiş Ukrayna vətəndaşları şəxsiyyət vəsiqəsi ilə geri qayıda biləcək. Rusiya sərhədini Krım və nəzarətdə olmayan digərə ərazilərdən keçmək qanun pozuntusu sayılacaq.

Ukrayna Xarici İşlər naziri Vadim Pristayko bundan öncə bəyan edib ki, yeni qaydalar cinayətkarların və borcluların ölkədən qaçmaq imkanının da qarşısını alacaq.

Xatırladaq ki, rəsmi Kiyev Rusiya vətəndaşlarının Ukraynaya şəxsiyyət vəsiqəsi ilə daxil olmasını hələ 2015-ci ildə qadağan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.