Dünya

İranda daha dörd deputat koronavirusa yoluxdu

28 Fevral 2020 18:39
1 Şərh     Baxış: 1 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda daha dörd deputat koronavirusa yoluxub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Rəyasət Heyətinin üzvü Məhəmməd Əli Vəkili "Twitter" hesabında bəyan edib.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq parlamentdə 30 vəkilə virus testi aparılıb.

Məhəmməd Əli Vəkili virusa yoluxan deputatların adlarını açıqlamayıb.

"Koronavirus testlərinin nəticələrinə görə, parlamentdə 30 həmkarımızdan indiyə qədər dördünün testi pozitiv çıxıb", - deyə o bildirib.

Qeyd edək ki, İran Səhiyyə nazirinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Kiyanuş Cihanpur "COVID-19" səbəbindən ölkə ərazisində 26 nəfərin öldüyünü bildirib.

Onun sözlərinə görə, ümumilikdə 245 nəfərdə yoluxma müəyyən edilib. 

Virusun sürətlə yayıldığı ölkədə nazir müavini İrəç Hərirçi, millət vəkili Mahmud Sadıqi, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri Höccətislam Müctəba Zunnur və ölkə prezidentinin Qadın və Ailə məsələləri üzrə köməkçisi Məsumə Ebtekara koronavirus diaqnozu qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.