Dünya

Britaniyada məktəblər 2 aylıq bağlana bilər - Koronavirusa görə - FOTO

28 Fevral 2020 14:59
5 Şərh     Baxış: 2 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyada məktəblər 2 ay müddətinə bağlanıla bilər.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, Britaniyada yayılan koronavirusun daha çox insana yoluxmaması üçün məktəblər bağlana, idman yarışları və konsertlər ləğv oluna bilər.

İngiltərənin İctimai Səhiyyə Agentliyinin rəhbəri Professor Chris Whitty açıqlamasında bildirib ki, artıq Britaniyada 16 nəfər koronavirusa yoluxub.

Onun dediyinə görə virusa yoluxan şəxslər İtaliyadan qayıdan turistlərdir. Kris Uitti hesab edir ki, məktəblər aprel ayına qədər bağlanılmalıdır.

Qeyd edək ki, dekabr ayında Çində tapılan yeninöv koronavirusa 80 mindən çox insan yoluxub, 2700 nəfər sözügedən xəstəlikdən ölüb.

İsmayıl
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.