Dünya

Nazir müavininin konfransda halının pisləşdiyi anlar - Koronavirus imiş - VİDEO

26 Fevral 2020 11:50
9 Şərh     Baxış: 4 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Səhiyyə nazirinin sözçüsünün koronavirusa yoluxması barədə məlumat vermişdik.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, Səhiyyə nazirinin sözçüsü Iraj Harirçinin test nəticələrinin müsbət çıxmazdan əvvəl çəkilən görüntüləri yayılıb.

Görüntülərdə İraj Harirçinin tərləməsi, özünü pis hiss etməsi əks olunub.

Koronavirusla bağlı konfransda çıxış edən nazirin yanında dayanan Iraj Harirçinin bir neçə dəfə tərini silməsi operatorların diqqətindən yayınmayıb.

Xəstəliklə bağlı analiz nəticələri müsbət çıxan İraj Harirçi karantinə alınıb.

Qeyd edək ki, İran rəsmilərinin dediyinə görə, ölkədə 95 nəfərdə koronavirus aşkarlanıb və 15 nəfər bu xəstəlikdən dünyasını dəyişib.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.