Allahverdi, İmamverdi, indi də Cəlal: Ermənilərin övladlarına azərbaycanlı adları vermək ƏNƏNƏSİ...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Allahverdi, İmamverdi. Yəqin xatırladınız, Cəfər Cabbarlının "1905-ci ildə" pyesində səngərdə qarşı-qarşıya gələn qonşular, azərbaycanlı və erməni...
Ermənilər həmişə övladlarına Azərbaycanlı adı qoyublar. Burada heç bir məcburiyyətdən söhbət gedə bilməz.
Sadəcə, dünya çapında oturuşmuş bir məsələ var ki, hər zaman gəlmələr aborigenlərə yaxın olmaq üçün özlərini onların mədəniyyətinə, məişətinə yaxın göstərməyə çalışıb, övladlarına onlara məxsus adları qoyublar. Bəli, bu, dünyanın hər yerində gəlmələrə məxsus xüsusiyyətdir.
İndi ermənilər nə qədər danmağa çalışsalar da, gəlmə xüsusiyyətləri onlarda özünü hər zaman biruzə verib.
Çox da uzağa getməyək.
Ötən gün Azərbaycanın işğal altındakı Qarabağ torplaqlarında yaradılan qondarma rejimdə kadr dəyişikliyi olub.
Rejimin yeni "müdafiə naziri" postuna Cəlal Arutunyan təyinat alıb. Yeni komandirin ermənilər arasında rast gəlinməyən, Cəlal adını daşıması istər erməni, istərsə də işğal altındakı regionda baş verənləri monitorinq edən azərbaycanlı jurnalistlərin marağını çəkib.
Milli.Az xəbər verir ki, modern.az məsələ ilə bağlı sosial şəbəkələrin erməni seqmentində kiçik araşdırma aparıb. Bu araşdırma Qarabağda yaşayan ermənilər arasında övladlarına müsəlman adları vermək ənənəsinin uzun illər mövcud olduğunu göstərir.
Armen Manas adlı erməni istifadəçisi sosial şəbəkədə öz fikirlərini bölüşərək "Maraqlı addı...Cəlal...ilk dəfədir ki, erməni də bu adı eşidirəm"-deyə sual edib.
Digər istifadəçi Gevond Saqatelyan isə onun təəccüb dolu sualına geniş şərh verib.
"Erməni knyazı Həsən Cəlalın adı bəs səni narahat etmir? Qarabağda neçə-neçə Cəlal tanıyıram ki, onlardan 2-si Vəngli kəndində yaşayırlar. Bundan başqa, Qarabağda Baba, Fəridə, Gülzar, Rövşən, Əlixan və s. adlar daşıyan insanlar yaşayır. Yer gəlmişkən, mənim əmimoğlu Əlixan müharibə iştirakçısıdır".
Müzakirələrə qoşulan Nune Ariyanın fikirləri isə Qarabağ erməni arasında müsəlman adlarının yayqın olması səbəbini daha məntiqli izah edirdi.
"Ailədə uşaq ölümləri tez-tez baş verəndə, xristian ölüm mələyini aldatmaq üçün yeni doğulan körpəyə müsəlman adı qoyurdular. Mənim xalamın adı Leyla idi. O, 5 qardaş-bacısının ölümündən sonra doğulmuşdu".
Virtual debatın sonunda isə Boris Mirzoyan adlı istifadəçi öz soydaşlarını vətənpərvər olmamaqda, ermənilərin müsəlman adları ilə yanaşı, Con, Hamlet, Henrix, Artur və Robert kimi Qərb adlarını da geniş istifadə etməsini tənqid atəşinə tutub.
"Qoy üstümə hamı daş atsın, amma bizdə qeyri-erməni adlarının sayı həddən artıq çoxdur. İndiki və keçmiş hakimiyyətin axmaqlığı ucbatından biz tezliklə, nəinki tarixdəki yerimizi, həm də adlarımızı da itirəcəyik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO
-
İmişlidə mərkəzi küçədə obyektlər yanır
-
Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır? - Açıqlama
-
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar (Foto)
-
İnvestisiya Portalı: sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti
-
Bakıda və rayonlarda hava kəskin dəyişir: Şimşək çaxacaq, dolu düşəcək
-
Narkotikin təsirində maşın sürən şəxs məsuliyyətə cəlb olundu
-
İlham Əliyev və Sərdar Berdiməhəmmədovun Şuşa gəzintisindən görüntülər (Video)
-
Bakıda sirkə turşusundan zəhərlənən kişi ölüb
-
Azərbaycan Türkmənistandan nə alır və nə satır?
-
Azərbaycandan keçən növbəti yük Ermənistana yola salındı
-
Ağcabədidə yeniyetmə əmioğlular itkin düşdü
-
Dənizdə batan dörd gəncin hamısı bir-birilə yaxın qohum imiş
-
Sabunçuda 71 yaşlı kişi ağacdan yıxılaraq öldü
-
UFC ulduzları Bakıda azarkeşlərlə görüşəcəklər
-
Motosiklet sürücüsü sürətli yolda uşağın həyatını təhlükəyə atdı - (Video)
-
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
Azərbaycan və Türkmənistan Prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər (Foto)
-
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Füzulinin dağıdılmış yerlərinə baxıblar (Foto/Video)
-
Kamaləddin Qafarov: “Azərbaycan-Türkmənistan əməkdaşlığı yeni iqtisadi və siyasi dividendlər gətirəcək”
-
İranda uçuşlar dayandırılacaq
-
Bakıda həyət evi tikmək neçəyə başa gəlir? - ARAŞDIRMA
-
İnzibati Xətalar Məcəlləsinə kibertəhlükəsizliklə bağlı dəyişiklik edilir
-
Lökbatanda taksi sərnişin avtobusu ilə toqquşdu - (Video)





