Dünya

Cərrahlar diri adamın əlini başqasına tikdilər: əməliyyat uğurlu oldu

26 Fevral 2020 09:27
1 Şərh     Baxış: 3 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vyetnamın paytaxtı Hanoy şəhərində yerləşən hərbi xəstəxananın həkimləri tarixdə ilk dəfə diri insanın əlini başqasına tikiblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yeni əlin sahibi 2016-cı ildə ağır travma nəticəsində sol əlini və qolunun bir hissəsini itirən 31 yaşlı Pham Van Vuonq olub.

Donor qismində istehsal zamanı travma alan başqa bir şəxs olub.

Onun qolunun qoltuğa yaxın olan hissəsi ciddi xəsarət alıb. Həkimlərin səylərinə baxmayaraq qolda qanqrena başlayıb və onu amputasiya ediblər.

Lakin həmin şəxsin əli və qolunun aşağı nahiyyəsi sağlam qalıb.

O, kəsilmiş əlini və qolunun bir hissəsinin Phama transplantasiya edilməsinə razılıq verib.

Əməliyyat səkkiz saat davam edib. Qeyd etmək lazımdır ki, Pham artıq yeni əlini tərpədə bilir, həmçinin yüngül əşyaları tutmağı bacarır.

Həkimlər hesab edir ki, yeni əl yarım il ərzində öz funksiyasını tam bərpa edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.