Dünya

Hüsnü Mübarəkin vəfatı ilə əlaqədar Misirdə üçgünlük matəm elan edilib

26 Fevral 2020 21:48
0 Şərh     Baxış: 1 192
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misirin sabiq Prezidenti Hüsnü Mübarəkin vəfatı ilə əlaqədar ölkədə fevralın 26-dan etibarən üçgünlük matəm elan edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Misir Prezidenti Administrasiyasının bununla bağlı məlumatında deyilir: "Prezident böyük Oktyabr müharibəsinin qəhrəmanı, ölkəyə bir komandan kimi misilsiz xidmətlər göstərmiş Məhəmməd Hüsnü Mübarəkin vəfatından dərindən kədərlənib. Müharibə zamanı Hərbi Hava Qüvvələrinin komandanı olmuş Mübarək ərəblərin ləyaqət və şərəfini qoruyub".

Mübarəkin hərbi qaydada dəfn mərasimində ölkə rəhbərliyi, ordunun generalları iştirak edəcəklər. Ərəb ölkələrinin liderləri - Səudiyyə Ərəbistanının və Bəhreynin kralları, Fələstinin lideri, Ərəb Dövlətlər Liqası, ABŞ-ın Dövlət katibi Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə və Mübarəkin ailəsinə zəng edərək başsağlığı veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.