Dünya

Sərhədi keçən iranlılar silahla vurulacaq

24 Fevral 2020 19:59
6 Şərh     Baxış: 3 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkmənistan İranla sərhədlərini bağlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, buna səbəb İranda yayılan koronavirus təhlükəsidir.

İranla sərhəddəki Kaaxka və Qızıl Arvata sərhəd-keçid məntəqələrində sərhədçilər qoruyucu tibbi maska və respiratorlar istifadə edirlər.

Türkmənistan rəsmiləri tərəfindən İran səfirliyinə bildirilib ki, vətəndaşları neytral zonadan keçməsinlər.

Qanunu pozaraq sərhədi keçən iranlıların silahla vurulacağı xəbərdarlığı edilib.

Xatırladaq ki, İranda koronavirusun yayılması səbəbi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Əfqanıstan, İraq və Ermənistan bu ölkə ilə dövlət sərhədlərini bağlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.