Dünya

Yunanıstan koronavirus səbəbiylə İtaliyaya təhsil səfərlərini ləğv etdi

24 Fevral 2020 09:27
0 Şərh     Baxış: 1 380
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstanın Təhsil Nazirliyi koronavirus səbəbiylə İtaliyaya bütün təhsil səfərlərini ləğv edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstan hökumətinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Nazir Niki Keramosun yeni sərəncamına qədər İtaliyaya planlaşdırılan bütün təhsil səfərləri ləğv edilir. Qonşu ölkədə təsdiqlənmiş koronavirus hallarıdan sonra və İctimai Səhiyyə Milli Təşkilatının tövsiyələrinə uyğun olaraq şagirdlərimizi, tələbələrimizi, müəllimlərimizi yoluxucu xəstəliklərdən qorumaq üçün qabaqlayıcı tədbirlər görürük".

Qeyd edilir ki, bütün təhsil müəssisələrinə müvafiq məktublar göndəriləcək.

Xatırladaq ki, İtaliyada yeni növ koronavirusdan 3 nəfər dünyasını dəyişib, 150 nəfərdən artıq insan xəstəliyə yoluxub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.