Dünya

Tehrandakı Ermənistan səfirliyi fəaliyyətini dayandırdı

23 Fevral 2020 15:30
0 Şərh     Baxış: 3 015
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Tehrandakı səfirliyinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Məlumata görə, 23 fevraldan etibarən Ermənistanın Tehrandakı səfirliyi və konsulluq idarəsi fəaliyyət göstərməyəcək və qəbul olmayacaq.

İran mediaları Ermənistan səfirliyinin fəaliyyətini dayandırması səbəbini açıqlamayıblar.

Qeyd edək ki, İranda yeni koronavirusun yayılması səbəbi ilə bir neçə ölkə İrana uçuşları dayandırıb. İranda koronavirusa yoluxanların sayı 43 nəfərə, ölənlərin sayı isə 8 nəfərə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.