Dünya

Moskvada 45 soydaşımızın öldüyü, Azərbaycanı yasa boğmuş faciə

23 Fevral 2020 14:40
1 Şərh     Baxış: 8 913

Bu gün Moskvada 45 Azərbaycan vətəndaşının faciəli şəkildə həlak olduğu faciədən 14 il ötür.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, 2006-cı il fevralın 23-ü yerli vaxtla səhər 5:45-də Moskvanın Basman bazarının damının uçması nəticəsində ticarətlə məşğul olan 66 nəfər, o cümlədən 45 Azərbaycan vətəndaşı həlak olmuşdu. Azərbaycan vətəndaşları ilə yanaşı, 7 Gürcüstan, 16 isə Özbəkistan və Tacikistan sakini də həyatını itirmişdi. İnsident zamanı 39 nəfər xəsarət alıb.

Həlak olan azərbaycanlıların cənazələri xüsusi reyslə Moskvadan Bakıya daşınıb.
1975-ci ildə inşa olunan bazarın çökməsi planlaşdırma zamanı buraxılan səhvlər və bazar rəhbərliyinin təhlükəsizliyə yetərincə diqqət ayırmaması ilə əlaqələndirilir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    dagli qizi · 24 Fevral 14:0100

    Bir parca corek daliyca gedirler, evine tabutu gelir...Dehwet!!! Allah rehmet elesin!!!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.