Dünya

Elm dünyasını şoka salan qorxunc təcrübə - Vladimirin ikibaşlı itləri - FOTO

23 Fevral 2020 12:38
3 Şərh     Baxış: 9 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün müasir tibb ilə inkişaf edən transplantasiya sayəsində bir çox insanın həyatı xilas olur. Ancaq bu prosesin inkişafı çox çətin idi.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bir çox xəstə transplantasiya və ya orqan köçürülməsi ilə yenidən həyata tutunur. Bu gün milyonlarla insanın həyatını xilas edən bu prosesin öncüllərindən biri də rus alimi Vladimir Demixov idi.

Ancaq Vladimir Demixov bu sahədə insanlardan deyil, heyvanlardan istifadə edirdi.  Onun ən məşhur əsəri "cüt başlı it" idi.

1916-1998-ci illərdə yaşayan, elm sahəsində araşdırmalar aparan və bəzilərinə görə isə qorxunc təcrübələr edən Vladimir Demixovun həyatına və işinə nəzər salaq.

Qeyd: Məzmundakı bəzi şəkillər qorxunc ola bilər. Ürəyi zəif olanların həmin fotolara baxması məsləhət deyil.

Tarixin ən müvəffəqiyyətli cərrahlarından biri olan Demixov, orqan köçürülməsinin dahilərindən sayılırdı.

Ancaq sovet alimi ümumiyyətlə bu sahədəki işləri heyvanlar, xüsusilə də itlər üzərində aparırdı. 1916-1998-ci illər arasında yaşayan Vladimir Demixov 1930-1950-ci illərdə müxtəlif orqan nəqli tədqiqatları aparıb.

Təcrübələrinə köpəklər arasında transplantasiya etməklə başlayan Vladimir Demixov, 1954-cü ildə işini başqa bir müstəviyə keçirmək qərarına gəlmişdi.

Vladimir Demixov və komandası itlər arasında 1954-cü ildən etibarən tam 23 dəfə bir baş köçürməsini etməyə çalışmışdılar.

Komanda 1959-cu ildə 24-cü sınaqda uğur qazanmışdı. Əməliyyat 13 yanvar 1959-cu ildə Demixov tərəfindən Şərqi Almaniyada həyata keçirilmişdi.

Komandanın zəngin təcrübəsi sayəsində əməliyyat cəmi üç yarım saat davam etmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.