Dünya

İranda daha bir güclü zəlzələ - Naxçıvanda da hiss olunub - YENİLƏNİB

23 Fevral 2020 10:28
0 Şərh     Baxış: 2 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:28

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində 5,7 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 09:22 dəqiqədə 6 km dərinlikdə qeyd alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub.

Qeyd edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

----------
09:16

İranın Kerman vilayətində 4 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, zəlzələ fevralın 23-ü yerli vaxtla saat 04:42-də qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkanlarının ocağı 21 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin episentri Fəryab rayonundan 14 kilometr məsafədə olub.

İnsan itkisi haqda məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.