Dünya

Stomatoloqun başı söhbətə qarışdı, iynə uşağın mədəsinə getdi - FOTO

21 Fevral 2020 17:43
0 Şərh     Baxış: 3 330
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Leninqrad vilayətində diş həkiminin istifadə etdiyi iynə uşağın mədəsində tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 12 yaşlı oğlanın dişindən siniri çıxaran zaman stomatoloqun başı başqa həkimlə söhbətə qarışıb.

Bu zaman onun istifadə etdiyi iynə uşağın boğazına gedib.

Bundan sonra uşağı danlayan həkim onun narahat olmamasını, iynənin təbii yolla xaric olacağını deyib.

Sonradan özünü pis hiss edən oğlanı valideynləri xəstəxanaya gətirib. Həkimlər uşağın mədəsində iynəni aşkar edərək çıxarmağa nail olublar.

Hazırda polislər hadisə baş verən klinikada araşdırma aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.