Dünya

Dünyanın ən iri heyvanının sayı kəskin artıb

20 Fevral 2020 20:14
0 Şərh     Baxış: 1 383
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən böyük heyvanı olan mavi balinanın sayında kəskin artım müşahidə olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Atlantik okeanının cənub sularında aparılan müşahidələr nəticəsində bir il ərzində 55 mavi balina qeydə alınıb.

Bir neçə il əvvəl təbiətdə yalnız bir-iki mavi balinanın qaldığı ehtimal edilirdi. Son 50 il ərzində aparılan müşahidələr zamanı yalnız iki balina görünmüşdü.

Qeyd edək ki, mavi balinalar Yer kürəsində mövcud olmuş ən iri heyvan hesab olunur. Onun uzunluğu 33 metrədək, çəkisi 150 tonadək çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.