Dünya

“Gəzi Parkı” hadisələri ilə bağlı məhkəmə bitdi - Qərar

18 Fevral 2020 20:52
0 Şərh     Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə 2013-cü ildə "Gəzi Parkı" hadisələrinə görə tutulan (2017) iş adamı Osman Kavala, iş üzrə ittiham olunan jurnalist Can Dündar, Ayşə Mücəlla Yapıcı, aktyor Mehmet Ali Alabora da daxil olmaqla 16 nəfərin bəraətinə qərar verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Türkiyə Cümhuriyyəti hökumətini aradan qaldırmağa təşəbbüs" cinayəti ilə ittiham olunanlardan 9-u haqqında bəraət qərarı elan edilsə də, axtarışda olan 7 fərari haqqında çıxarılan qərar da dəyişdirilib. Belə ki, onlar barədə "ifadələrinin alınması üçün" saxlanılma qərarı çıxarılıb.

Qeyd edək ki, "Gəzi Parkı" hadisələrinə görə keçirilən 7-ci məhkəmə prosesini İsveç, Hollandiya, İtaliya səfirliklərindən nümayəndələr, CHP millət vəkili Sezgin Tanrıkulu, CHP İstanbul şəhər rəhbəri Canan Kaftancıoğlu, HDP millət vəkilləri Garo Paylan və Ahmet Şık izləyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.