Dünya

Tramp limuzinlə yarışda iştirak edəcək

16 Fevral 2020 17:56
0 Şərh     Baxış: 1 442
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Prezidenti Donald Tramp öz limuzini ilə Milli Avtomobil Yarışları Dərnəyi Assosiasiyasının (NASCAR) dövrə yarışlarında çıxış edəcək.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Foks Biznes" məlumat yayıb.

Məlumata görə, çıxış Florida ştatının Deyton-Biç şəhərində baş tutacaq.

Kanal bildirib ki, Tramp özünün "The Beast" adı verilən "Kadillak One" limuzinində yarışı izləyənləri salamlayacaq.

Prezidentin yarışda sürücü və yaxud sərnişin qismində çıxış edəcəyi bildirilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.