Dünya

Kuril adalarında güclü zəlzələ olub

16 Fevral 2020 16:01
0 Şərh     Baxış: 999
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kuril adalarında 5,6 bal gücündə zəlzələ olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya Elmlər Akademiyasının Federal Tədqiqatlar Mərkəzinin Geofizika Xidmətinin Saxalin filialından məlumat verilib.

Yeraltı təkanlar yerli vaxtla saat 10:35 radələrində qeydə alınıb. Zəlzələnin episentri Onekotan adasından 56 kilometr şərqdə, ocağı isə 13 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.