Dünya

Moskva-Tver qatarında qadını döyüb təcavüz etdilər

14 Fevral 2020 19:14
Baxış: 1 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada qatarda qadın təcavüzə məruz qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 32 yaşlı qadın Moskva-Tver qatarında döyülməsi və təcavüzə uğraması şikayəti ilə xəstəxanaya müraciət edib.

Onun dediyinə görə, qatarda olan zaman qonşu kupedən gələn üç kişi onu döyüb, daha sonra təcavüz edib. Hadisədən sonra qadın huşunu itirib. O, növbəti gün ayılıb və yoldan keçən birindən təcili yardım çağırmasını istəyib.

Həkim müayinəsi zamanı qadında təcavüzə uğramasını sübut edən zədələr aşkar edilib.

Tver Rayonlararası Nəqliyyat prokuroru Matvey Stepanov bu barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olmadığını bildirib.

Hazırda məlumatın yoxlanıldığı qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.