Ölkə

Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək

16 Dekabr 2025 10:07
Baxış: 349
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Milli.Az-a verilən məlumata görə, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində, Sürücülük məktəbinin yaxınlığında yerləşən diametri 76 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə bu gün təmir-bərpa işləri aparılacaq.

Bu səbəbdən qeyd olunan ərazidəki 500 abonentin qaz təchizatı saat 11:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.