Dünya

Conson Britaniya hökumətində dəyişikliklər edib

13 Fevral 2020 22:26
0 Şərh     Baxış: 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın baş naziri Boris Conson ölkə hökumətində dəyişikliklər edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, B.Consonun "Brexit"dən sonra etdiyi ilk dəyişikliklərdə maliyyə naziri Sacid Cavid və baş prokuror Ceffri Koks öz vəzifələrini tərk ediblər.

Yeni maliyyə naziri daha əvvəl nazir müavini vəzifəsini icra edən Rişi Sunak, yeni baş prokuror isə Suella Breyverman təyin ediliblər.

XİN rəhbəri Dominik Raab, daxili işlər naziri Priti Patel və müdafiə naziri Ben Uolles öz vəzifələrində qalıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.