Dünya

BMT silahlı münaqişə və təbii fəlakət zonalarında qadınlara yardım edəcək

14 Fevral 2020 07:28
0 Şərh     Baxış: 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT-nin Əhali Fondu (UNFPA) 57 ölkədə silahlı münaqişə və təbii fəlakət zonalarında ağır şəraitdə yaşayan 48 milyon qadına yardım etmək üçün 683 milyon dollar vəsait toplanması barədə donor ölkələrə və təşkilatlara müraciət edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məqsədlə fond reproduktiv sağlamlıq və səhiyyə müəssisələrinə yardım göstərilməsi üzrə layihə həyata keçirəcək. Fondun icraçı direktoru Natalia Kanem bildirib ki, qadınlar və qızlar silahlı münaqişələrdən daha çox əziyyət çəkirlər. "Artıq onların hüquqlarının, təhlükəsizliyinin və ləyaqətinin qorunması vaxtıdır. Böhranlar və münaqişələr zamanı qadınlara qarşı zorakılıq halları daha da artır. Zərif cinsin nümayəndələri münaqişə və təbii fəlakət zonalarında da hamilə qalır, uşaq dünyaya gətirirlər. Biz onlara tibbi xidmət göstərilməsi və ehtiyaclarının təmin edilməsi sahəsində tədbirlər görməliyik", -deyə o əlavə edib.

BMT-nin Əhali Fondunun cari ildə həyata keçirəcəyi humanitar aksiya əvvəlki tədbirlərin davamıdır. Belə ki, əvvəlki illərdə artıq 60 ölkədə 19 milyon qadına yardım göstərilib yeddi milyon zərif cinsin nümayəndəsi müxtəlif qadın xəstəlikləri ilə bağlı müalicə kursları keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.