Dünya

Sinqapurda bankın 300 əməkdaşı təxliyə olundu - SƏBƏB

12 Fevral 2020 19:09
0 Şərh     Baxış: 1 272
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sinqapurda "DBS Asia" bankının mərkəzi ofisinin 300 əməkdaşı təxliyə olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna əməkdaşlardan birinin koronavirusa yoluxması səbəb olub.

Qeyd olunur ki, bununla əlaqədar olaraq "Marina Bay" biznes mərkəzinin 43-cü mərtəbəsində işləyən əməkdaşlar evə göndərilib. Həmin mərtəbə isə dezinfeksiya edilib.

Binanın digər mərtəbələrində işləyənlərə təxliyə tapşırığı verilməyib.

Koronavirusa yoluxan əməkdaş karantinə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.