Dünya

ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı artıb

11 Fevral 2020 12:47
0 Şərh     Baxış: 1 153
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın San-Diyeqo dairəsində yeni növ koronavirusa yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildirilib.

Məlumata əsasən, San-Diyeqo dairəsində qeydə alınan yoluxma halı ilə ölkədə yeni növ koronavirusa yoluxanların sayı 13-ə çatıb.

Ötən gün üçün olan məlumatlara görə, ABŞ-da 398 nəfər müayinə edilib, 12 nəfərdə yoluxma halı təsdiqlənib, 318 nəfərdə isə virus aşkarlanmayıb. Daha 68 nəfərin nəticələri, hələ ki, hazır deyil.

Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 1016 nəfərə çatıb. 42638 nəfər koronavirusa yoluxub, 3996 nəfər sağalıb və evə buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.