Dünya

Cənubi Koreyada daha bir nəfər koronavirusa yoluxub

9 Fevral 2020 08:54
0 Şərh     Baxış: 1 028
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Koreyada daha bir nəfər yeni növ koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ümumilkdə ölkə ərazisində yoluxma hallarının sayı 25-ə çatıb.

Bildirilir ki, yeni - 25-ci yoluxma halı 73 yaşlı qadında qeydə alınıb. Onunla bir evdə yaşayan şəxsin yaxın zamanda Çinin Quandun əyalətinə səfər etdiyi deyilir. Hazırda yeni növ koronavirusa yoluxan qadın karantinə yerləşdirilib.

Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 811 nəfərə çatıb. 37,1 mindən artıq insan koronavirusa yoluxub, 2649 sağalıb və evə buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.